...

Türkiyənin qərbində üçmərtəbəli binada partlayış: 3 yaralı (FOTO) (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 1 May 2016 01:36 (UTC +04:00)
Türkiyənin qərbində Kütahya şəhərində üçmərtəbəli binada partlayış baş verib. Hadisə nəticəsində üç nəfər yaralanıb, onlardan ikisinin uşaq olduğu bildirilir.
Türkiyənin qərbində üçmərtəbəli binada partlayış: 3 yaralı (FOTO) (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 21:02-də yayılıb)

Bakı. Trend:

Türkiyənin qərbində Kütahya şəhərində üçmərtəbəli binada partlayış baş verib. Hadisə nəticəsində üç nəfər yaralanıb, onlardan ikisinin uşaq olduğu bildirilir.

Trend-in Hurriyet qəzetinə istinadən verdiyi məlumata əsasən, partlayış binada yerləşən mağazaların birində baş verib. Partlayışın ardınca başqa binalara keçən yanğın başlayıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər onu söndürməyə nail olublar.

Ehtimal edilir ki, partlayış mağazada satılan tezalışan əşyalara görə baş verib. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti