...

Türkiyədəki partlayışda yaralıların sayı 23-ə çatıb - 1 polis əməkdaşı şəhid olub (ƏLAVƏ OLUNUB 4)

Dünya xəbərləri Materials 1 May 2016 13:24 (UTC +04:00)
Türkiyənin cənub-şərqində partlayış baş verib.
Türkiyədəki partlayışda yaralıların sayı 23-ə çatıb - 1 polis əməkdaşı şəhid olub (ƏLAVƏ OLUNUB  4)

(Təfərrüatlar əlavə olunub. İlk xəbər saat 11:08-də yayımlanıb)

Bakı. Trend:

Türkiyənin cənub-şərqində partlayış baş verib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Qaziantep şəhərində polis bölməsinin önündə baş verib.

Hadisə yerinə təcili tibbi yardım və fövqəladə hallar briqadaları göndərilib.

"Haber 7" qəzetinin yazdığına görə, Qaziantep millət vəkili Mehmet Erdoğanın sözlərinə görə, partlayış nəticəsində bir polis əməkdaşı həlak olub, digər polis əməkdaşı ağır yaralıdır, 10 nəfər mülki şəxs isə ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

x x x

Anadolu agentliyinin hadisə ilə bağlı yaydığı məlumata görə isə, Qaziantep valisi Ali Yerlikaya bildirib ki, hadisə nəticəsində bir polis əməkdaşı ölüb, 9-u polis olmaqla 13 nəfər yaralanıb.

x x x

TRT telekanalının hadisə ilə bağlı yaydığı xəbərdə isə bildirilir ki, partlayış nəticəsində bir polis əməkdaşı şəhid olub, 15-i polis olmaqla 18 nəfər yaralanıb.

x x x

"Haber 7" qəzetinin xəbərinə görə, Qaziantep valiliyinin açıqlamasında bildirilir ki, hadisə nəticəsində bir polis əməkdaşı ölüb, 23 nəfər yaralanıb, onlardan 19-u polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti