...

Aİ Ukrayna, Gürcüstan və Kosovo ücün 2016-cı ildə vizaları ləğv edəcək

Dünya xəbərləri Materials 4 May 2016 11:15 (UTC +04:00)
Türkiyə Ukrayna, Gürcüstan və Kosovo ilə müqayisədə Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin tədbiqində hər-hansı istisnalar almayacaq.
Aİ Ukrayna, Gürcüstan və Kosovo ücün 2016-cı ildə vizaları ləğv edəcək

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyə Ukrayna, Gürcüstan və Kosovo ilə müqayisədə Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin tədbiqində hər-hansı istisnalar almayacaq.

Trend gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Aİ-inin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han bildirib.

O qeyd edib ki, Ukrayna, Gürcüstan və Kosovo öhdəliklərini yerinə yetirdiklərinə görə Aİ-yə 2016-cı ildə vizasız səfər edə biləcəklər. Bu ölkələr Aİ-nin ekspertlərindən artıq müsbət rəy alıblar: "Əlbəttə ki, siyasi qərara da ehtiyac var. Amma standartlara uyğunluq məsələlərində onlar lazımi addımları atıblar".

Hazırda Avropa İttifaqı Şurası və Avropa Parlamenti Türkiyə, Ukrayna, Gürcüstan və Kosovo ilə vizasiz rejimin tədbiqinə dair qərarı verməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti