...

WSJ: "BP" şirkəti İrana gayıtmaq niyyətindədir

Dünya xəbərləri Materials 6 May 2016 11:30 (UTC +04:00)
Böyük Britaniyanın "BP" şirkəti bu ilin yayında İranda öz nümayəndəliyini acmağı planlaşdırır.
WSJ: "BP" şirkəti İrana gayıtmaq niyyətindədir

Bakı. Elçin Hüseynov - Trend:

Böyük Britaniyanın "BP" şirkəti bu ilin yayında İranda öz nümayəndəliyini acmağı planlaşdırır. Bu barədə Trend "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir.

İran Milli Neft Şirkətinin prezidenti Rüknəddin Cavadi bildirib ki, "BP" ölkəyə yeni texnologiyalar və sərmayələr gətirmək niyyətindədir. Britaniyanın şirkətində isə bu qərarı şərh etməkdən imtina ediblər.

Qəzet yazır ki, "BP"-nin rəhbəri Bob Dadli bundan öncə İrana sərmayələr məsələsinə ehtiyatla yanaşıb. Yaxındakı çıxışların birində o bəyan edib ki, şirkəti "imkanları həssaslıqla gözdən keçirəcək".

İrana qayıtmaq niyyəti olan şirkətlərin arasında Avstriyanın "OMV" və Fransanın "Total" şirkətləri də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti