...

Türkiyədə partlayış: 3 ölü, 45 yaralı (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 10 May 2016 19:41 (UTC +04:00)
Avtobusun saxlanılmış PKK üzvlərini apardığı bildirilir.
Türkiyədə partlayış: 3 ölü, 45 yaralı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:29-da yayılıb)

Bakı. Trend:

Diyarbəkirin mərkəzi rayonunda minalanmış avtomobilin yaxınlıqdan polis avtobusu keçərkən partlaması nəticəsində 3 nəfər ölüb, 45 nəfər (12-si polis əməkdaşı) yaralanıb.

Trend "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bir neçə polis və yerli sakinin vəziyyəti ağır qiymətləndirilir.

Avtobusun saxlanılmış PKK üzvlərini apardığı bildirilir.

X X X

18:29

Türkiyənin Diyarbəkir vilayətində minalanmış avtomobilin partlaması nəticəsində 15 polis əməkdaşı yaralanıb.

Trend "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, hadisənin arxasında PKK terror təşkilatı dayanır.

Xatırladaq ki, bu gün Türkiyənin Mardin vilayətində naməlum şəxslər hərbi karvana hücum ediblər. Silahlı hücum nəticəsində 5 hərbi qulluqçu xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti