...

Avropa İttifaqı Türkiyə ilə vizasız rejimi rəsmiləşdirir

Dünya xəbərləri Materials 12 May 2016 11:25 (UTC +04:00)
Ekspertlər Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında vizasız rejimin qanunləşdirilməsi ilə bağlı iş aparırlar.
Avropa İttifaqı Türkiyə ilə vizasız rejimi rəsmiləşdirir

Bakı. Elçin Hüseynov - Trend:

Ekspertlər Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında vizasız rejimin qanunləşdirilməsi ilə bağlı iş aparırlar. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Aİ-dəki mənbə bildirib.

Mənbə qeyd edib ki, ötən gün Avropa Komissiyasının təklifi ilə lazımı rəsmiləşdirilmə işlərinin aparılmasına başlanılıb.

Qeyd edək ki, dünən Avropa Parlamentinin sədri Martin Şults deyib ki, Türkiyə ilə Aİ arasında vizasız rejimin tətbiqinə dair aparılan müzakirələr Türkiyənin qarşısında qoyulmuş 72 şərtin tam yerinə yetirilməsindən sonra bərpa olunacaq. Avropa Paplamentinin deputatı Yudit Sippel isə bildirib ki, Parlamentdə Türkiyə ilə vizasız rejimin tətbiqinə dair aparılan müzakirələr dayandırılıb.

Aİ ilə Turkiyə arasında vizasız rejimin tətbiqi Ankara ilə Brüssel arasında imzalanmış qaçqınlara dair sazişin bir bəndidir. Bu sazişə əsasən, Aİ Türkiyə qarşısında 72 şərt irəli sürüb.

Keçən həftə Avropa Komissiyası Türkiyənin iyun ayının axırınadək son 5 şərtin tətbiqini yerinə yetirməsi şərti ilə viza rejiminin ləğvini təklif edib.

Avropa Komissiyasının bu mövqeyini Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan kəskin pisləyərək bildirib ki, Ankara terrorizmlə mübarizəyə dair qanunvericiliyini dəyişdirə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti