...

NATO ölkələrinin XİN rəhbərləri Monteneqroya "hə" dedilər

Dünya xəbərləri Materials 19 May 2016 17:32 (UTC +04:00)
NATO ölkələrinin xarici işlər nazirləri mayın 19-da Monteneqronun alyansa qoşulması haqqında protokolu imzalayıblar.
NATO ölkələrinin XİN rəhbərləri Monteneqroya "hə" dedilər

Bakı. Elçin Hüseynov - Trend:

NATO ölkələrinin xarici işlər nazirləri mayın 19-da Monteneqronun alyansa qoşulması haqqında protokolu imzalayıblar. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, mərasim Brüsseldə alyansın baş qərargahında baş tutub.

Hərbi alyansın baş katibi Yens Stoltenberq bəyan edib ki, Monteneqro Avropa İttifaqı, NATO və BMT tərəfindən keçirilən əməliyyatlara öz töhfəsini verib və zəruri islahatları həyata keçirib: "Amma Monteneqronın bu yoldakı fəaliyyəti dayanmayıb və biz bu ölkədən fəal islahatlar aparılmasının davamını gözləyirik".

Monteneqronun Baş naziri Milo Cukanoviç islahatlara hökumət tərəfindən dəstək veriləcəyini deyib.

Protokola uyğun olaraq, Monteneqro alyansın iclaslarında müşahidəçi qismində iştirak edə biləcək. NATO ölkələri bu sənədi ratifikasiya etməlidirlər. Yalnız bundan sonra yeni ölkə alyansın tamhüquqlu iştirakçına çevriləcək.

Qeyd edək ki, Monteneqro NATO-nun 29 üzv ölkəsi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti