...

Avropa İttifaqında siqaret qutuları ilə bağlı yeni tələblər qüvvəyə minib

Dünya xəbərləri Materials 20 May 2016 02:51 (UTC +04:00)
Avropa İttifaqının üzv ölkələrində mayın 20-dən siqaret qablaşdırılmasına qarşı yeni tələblər qüvvəyə minir.
Avropa İttifaqında siqaret qutuları ilə bağlı yeni tələblər qüvvəyə minib

Bakı. Trend:

Avropa İttifaqının üzv ölkələrində mayın 20-dən siqaret qutularına qarşı yeni tələblər qüvvəyə minir.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, yeni qaydalara uyğun olaraq siqaret çəkməyin sağlamlıq üçün ziyanı haqqında xəbərdarlıq yazı və şəkilləri siqaret qutularının üz və arxa tərəflərində 65% yer tutacaq.

Ancaq qeyd olunur ki, belə qutularda olan siqaretlər satışa yalnız ənənəvi qutularda olan siqaretlərin mağazalardan yox olduğundan sonra buraxılacaq.

Ekspertlərin rəyinə görə, bu, təxminən, bir il çəkə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti