...

Fransa aviasərnişinlərin məlumat bazasının yeni yoxlanış sistemini sinaqdan keçirir

Dünya xəbərləri Materials 21 May 2016 12:41 (UTC +04:00)
Fransanın hüquq-mühafizə orqanları aviasərnişinlərin məlumat bazasının yeni yoxlanış sisteminin sinağına başlayırlar.
Fransa aviasərnişinlərin məlumat bazasının yeni yoxlanış sistemini sinaqdan keçirir

Bakı. Elçin Hüseynov - Trend:

Fransanın hüquq-mühafizə orqanları aviasərnişinlərin məlumat bazasının yeni yoxlanış sisteminin sinağına başlayırlar.

Trend "El Figaro" qəzetinə istinadən xəbər verir ki, sistem şübhəli şəxslərin aşkarlanmasına yardım üçün işlənib hazırlanıb.

Yeni sistem Avropa İttifaqının maliyyə dəstəyi ilə tərtib olunub və mayın 23-dən etibarən işləyəcək. İlk mərhələdə birləşdirilmiş elektron sistemə məlumatları "Air France", "Delta Airlines", "Emirates" kimi 8 aviaşirkət təqdim edəcək.

Bazada sərnişinlərin adları, ünvanları, uçuş marşrutları, ödəniş sistemləri, müşayiət edən şəxslər, baqajın mövcüdluğu, seçilən qida menyusu kimi məlumatlar öz əksini tapacaq. Sonra bu məlumatlar hüquq-mühafizə orqanlarının elektron sistemləri ilə tutuşdurulacaq.

Sistem operativ işlənilməyə ilin sonuna kimi hazır olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti