...

İspaniyada 200 min avroluq fil dişləri müsadirə edildi (FOTO)

Dünya xəbərləri Materials 26 May 2016 19:56 (UTC +04:00)
İspaniya Mülki Qvardiyası dəyəri 200 min avro olan fil dişlərini müsadirə edib.
İspaniyada 200 min avroluq fil dişləri müsadirə edildi (FOTO)

Bakı. Trend:

İspaniya Mülki Qvardiyası dəyəri 200 min avro olan fil dişlərini müsadirə edib. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.

Polisin məlumatına əsasən, çəkisi 744 kq olan 74 diş paytaxt Madriddən cənubda aşkar edilib. Dişlərin nəsli kəsilməkdə olan Afrika fili növlərindən birinə aid olduğu deyilir.

Məsələ ilə bağlı təqsirləndirilən şəxslər barəsində ittiham elan olunub.

Qeyd edək ki, fil sümüyü bəzək əşyalarının hazırlanması üçün qiymətli materialdır. Fil sümüyünün beynəlxalq ticarətinə 1989-cu ildə qadağa qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti