...

İran Həcc ziyarətinə zəvvarlar göndərməyəcək

Dünya xəbərləri Materials 29 May 2016 14:48 (UTC +04:00)
İran bu il Məkkəyə Həcc ziyarətinə zəvvarlar göndərməyəcək.
İran Həcc ziyarətinə zəvvarlar göndərməyəcək

Bakı. Trend:

İran bu il Məkkəyə Həcc ziyarətinə zəvvarlar göndərməyəcək.

Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın mədəniyyət naziri Əli Cənnəti bildirib.

Nazirin sözlərin görə, İran Səudiyyə Ərəbistanının yaratdığı maneələr səbəbindən Həcc ziyarətinə zəvvarlar göndərnəyəcək.

Qeyd edək ki, Məkkədə - Mina dağında ötən ilin sentyabrın 24-də baş verən izdihamda 1400-dən artıq zəvvar ölüb, 2000-ə yaxın insan isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti