...

Ruhani: İrandakı milli azlıqların doğma dillərində təhsil almaq hüququ var

Dünya xəbərləri Materials 31 May 2016 12:21 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani ölkədə yaşayan milli azlıqların doğma dillərində təhsil almaq hüquqlarını təsdiq edib.
Ruhani: İrandakı milli azlıqların doğma dillərində təhsil almaq hüququ var

Bakı. Elmira Tariverdiyeva - Trend:

İran Prezidenti Həsən Ruhani ölkədə yaşayan milli azlıqların doğma dillərində təhsil almaq hüquqlarını təsdiq edib. Bu barədə Trend IRINN telekanalına istinadən məlumat verir.

Mahabad şəhəri sakinləri qarşısında çıxış edən H.Ruhani bildirib ki, ölkə ərazisində yaşayan bütün mili azlıqların nümayəndələri öz dillərini öyrənmək imkanı əldə etməlidirlər.

Onun sözlərinə görə, İran Administrasiyası Təhsil Nazirliyi ilə birlikdə İran Konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması məsələsini müzakirə edir.

Həmin maddədə deyilir ki, İranın rəsmi dili fars dilidir, lakin mətbuatda və kütləvi informasiya vasitələrində regional və tayfa dillərindən istifadə etmək olar, eləcə də məktəblərdə ədəbiyyatın tədrisi üçün bu, fars dilinə əlavə kimi icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti