...

Paris yaxınlığında partlayıcı qurğu işə düşüb

Dünya xəbərləri Materials 2 İyun 2016 12:17 (UTC +04:00)
Fransanın Sen-Sen-Deni departamentindəki Nuazi-le-Sek vağzalı yaxınlığında sürət qatarının altında partlayıcı qurğu işə düşüb.
Paris yaxınlığında partlayıcı qurğu işə düşüb

Bakı. Trend:

Fransanın Sen-Sen-Deni departamentindəki Nuazi-le-Sek vağzalı yaxınlığında sürət qatarının altında partlayıcı qurğu işə düşüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayıcı qurğunu naməlum şəxslər yerləşdiriblər. Partlayıcı qurğu dəmir yolu siqnalı petardasına oxşayıb.

Partlayış nəticəsində qatar dayanıb, lakin 10 dəqiqədən sonra hərəkətini davam etdirib. Heç kəs xəsarət almayıb, maddi zərər olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti