...

FİFA-nın yeni prezidenti bədxərclik edib

Dünya xəbərləri Materials 9 İyun 2016 21:34 (UTC +04:00)
FİFA-nın yeni prezidenti Canni İnfantino üç ay müddətində bir neçə dəfə FİFA Etika Məcəlləsini pozub, həmçinin ən azı 14 min avro bədxərclik edib
FİFA-nın yeni prezidenti bədxərclik edib

Bakı. Trend:

FİFA-nın yeni prezidenti Canni İnfantino üç ay müddətində bir neçə dəfə FİFA Etika Məcəlləsini pozub, həmçinin ən azı 14 min avro bədxərclik edib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşri yazıb.

İddia olunur ki, C.İnfantino FİFA-nın vəsaitinə trenajor, smokinq, gül, futbol butsıları alıb. Bütün bunlar təxminən 14 min avroya başa gəlib.

Bundan başqa, onun digər şəxsi məqsədləri üçün vəzifəsindən sui-istifadə etdiyi bildirilir.

Nəşr bütün bunları sübut edən müvafiq sənədlərə malik olduğunu da iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti