...

NATO Baltikyanı ölkələrdə və Polşada batalyonlar yerləşdirəcək

Dünya xəbərləri Materials 13 İyun 2016 15:59 (UTC +04:00)
NATO üç Baltikyanı ölkədə və Polşada 4 hərbi batalyon yerləşdirmək niyyətindədir.
NATO Baltikyanı ölkələrdə və Polşada batalyonlar yerləşdirəcək

Bakı. Elçin Hüseynov - Trend:

NATO üç Baltikyanı ölkədə və Polşada 4 hərbi batalyon yerləşdirmək niyyətindədir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin sammiti ərəfəsində jurnalistlərə açıqlamasında bəyan edib.

O bildirib ki, NATO hərbçilərinin məsləhətinə əsasən, Alyans rotasiya prinsipləri əsasında Baltikyanı ölkələrdə və Polşada çoxmillətli batalyonların yerləşdirilməsini qərara alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti