...

Binəli Yıldırım: "Suriyada yeni dövlətlərin formalaşmasına yol verməyəcəyik"

Dünya xəbərləri Materials 14 İyun 2016 13:59 (UTC +04:00)
Türkiyə qonşu Suriyada yeni dövlətlərin formalaşmasına yol verməyəcək.
Binəli Yıldırım: "Suriyada yeni dövlətlərin formalaşmasına yol verməyəcəyik"

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə qonşu Suriyada yeni dövlətlərin formalaşmasına yol verməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Suriyanın şimalında yeni dövlətlərin yaranması Ankaranın maraqlarına ziyan vurur, həmçinin ölkənin təhlükəsizliyinə təhdiddir.

B.Yıldırım bildirib ki, Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadı "azadlıq hərəkatı" şüarı altında fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti