...

Nazir: "Aktobedə terror aktı İŞİD-in çağırışı ilə törədilib"

Dünya xəbərləri Materials 20 İyun 2016 16:07 (UTC +04:00)
Qazaxıstanın Aktobe şəhərində terror aktı İŞİD terror təşkilatı liderinin tərəfdarlarına Ramazan ayı ərəfəsində bütün dünyada zorakılığa cağırışından sonra törədilib.
Nazir: "Aktobedə terror aktı İŞİD-in çağırışı ilə törədilib"

Bakı. Elçin Hüseynov - Trend:

Qazaxıstanın Aktobe şəhərində terror aktı İŞİD terror təşkilatı liderinin tərəfdarlarına Ramazan ayı ərəfəsində bütün dünyada zorakılığa cağırışından sonra törədilib.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlır naziri Yerlan İdrisov bəyan edib.

Y.İdrisov bildirib ki, hazırda ölkənin hüquq-mühafizə orqanları müvafiq işlər aparır və vəziyyətə nəzarət edir: "Biz vəziyyətə nəzarət edirik və digər ölkələrdən həmkarlarla əlaqədəyik. Ümid edirik ki, bir daha belə hadisələr baş verməyəcək".

Daha əvvəl Qazaxıstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, Aktobe şəhərində antiterror əməliyyatı aparmaq üçün kifayət qədər güc və vəsait var.

Xatırladaq ki, iyunun 5-də Aktobedə naməlum silahlı şəxslər silah mağazası və hərbi hissəyə hücum ediblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb. Bir qədər sonra Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı 18 silahlı məhv edilib, 9 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti