...

Türkiyədə avtobus qəzaya uğrayıb: 1 ölü, 12 yaralı

Dünya xəbərləri Materials 22 İyun 2016 04:02 (UTC +04:00)
Balıkesir-İzmir avtomobil yolunda şəhərlərarası sərnişin avtobusun yolun kənarındakı beton bloklara vurulması nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb
Türkiyədə avtobus qəzaya uğrayıb: 1 ölü, 12 yaralı

Bakı. Trend:

Balıkesir-İzmir avtomobil yolunda şəhərlərarası sərnişin avtobusun yolun kənarındakı beton bloklara vurulması nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb.

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, toqquşmanın təsiri nəticəsində avtobus alışaraq yanmağa başladı.

Yaralılar yaxın xəstəxanalara yerləşdiriliblər.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti