...

Britaniyada referendum: Aİ, yoxsa...

Dünya xəbərləri Materials 23 İyun 2016 11:45 (UTC +04:00)
Bu gün Böyük Britaniyada ölkənin Avropa İttifaqına (Aİ) üzv qismində qalıb-qalmamasını müəyyən etmək üçün referendum keçirilir.
Britaniyada referendum: Aİ, yoxsa...

Bakı. Elçin Hüseynov - Trend:

Bu gün Böyük Britaniyada ölkənin Avropa İttifaqına (Aİ) üzv qismində qalıb-qalmamasını müəyyən etmək üçün referendum keçirilir.

Trend-in məlumatına görə, saat 07:00-də Krallıq üzrə 41 min seçki məntəqəsi açılıb və 22:00-a qədər işləyəcək. Səsvermədə təqribən 46,5 milyon nəfər səsvermə hüququna malikdir. Bu, Böyük Britaniya üçün rekord rəqəm hesab edilir. Elektoratın əsas hissəsi (38,96 milyon nəfər) İngiltərədədir. Sonra Şotlandiya (3,99 mln.), Uels (2,27 mln.), Şimali İrlandiya (1,26 mln.) və Cəbəllütariq (təqribən 24 min) gəlir.

Səsvermə kağızında bir sual verilir: "Birləşmiş Krallıq Avropa İttifaqında qalmalıdır, yoxsa İttifaqdan çıxmalıdır?"

Referendumun yekun nəticələrinin iyunun 24-də elan olunacağı gözlənilir.

Xatırladaq ki, Aİ siyasətçiləri Böyük Britaniyanın bu bloku tərk edəcəyi halda, bir sıra təcili iclasların keçirilməsini planlaşdırır. Sonuncu ictimai rəy sorğularının nəticələrinə əsasən, Böyük Britaniyanın Aİ-ni tərk etməsini ("Brexit" ideyası) dəstəkləyənlərin sayı xeyli artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti