...

Moqerini: Aİ güclü oyunçu və etibarlı tərəfdaş olaraq qalacaq

Dünya xəbərləri Materials 24 İyun 2016 17:05 (UTC +04:00)
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından sonra da Aİ sülh və təhlükəsizliyi dəstəkləyərək dünya miqyasında güclü oyunçu və etibarlı tərəfdaş olaraq qalacaq.
Moqerini: Aİ güclü oyunçu və etibarlı tərəfdaş olaraq qalacaq

Bakı. Trend:

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından sonra da Aİ sülh və təhlükəsizliyi dəstəkləyərək dünya miqyasında güclü oyunçu və etibarlı tərəfdaş olaraq qalacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Aİ diplomatiyasının rəhbəri Federika Moqerini deyib.

Onun sözlərinə görə, Britaniya vətəndaşları İttifaqdan çıxmaqla öz seçimlərini etdilər: "Nə qədər təəssüf etsək də, buna hörmət edirik".

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti