...

Somalidə silahlı dəstə otelə hücum edib: nazir öldürülüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 26 İyun 2016 10:55 (UTC +04:00)
Somalinin ətraf mühit naziri Buri Buri Hamza terrorçuların Moqadişoda otelə hücumu nəticəsində öldürülüb
Somalidə silahlı dəstə otelə hücum edib: nazir öldürülüb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər iyunun 25-də saat 19:20-də yayımlanıb)

Bakı. Trend:

Somalinin ətraf mühit naziri Buri Buri Hamza terrorçuların Moqadişoda otelə hücumu nəticəsində öldürülüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, dünən baş vermiş hücüm nəticəsində 15 nəfər öldürülüb, 25 nəfər xəsarət alıb.

XXX

Partlayış nəticəsində ən azı 7 nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb. Trend-in Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu polis nümayəndəsi Əli Həsən bildirib.

XXX

Somalinin paytaxtı Moqadişoda silahlı şəxslər “Nasa-Hablod” otelinə hücum ediblər.

Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.

Polisin məlumatına əsasən, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar otelin qarşısında avtomobil partladıb, daha sonra isə binaya hücum ediblər.

Hazırda silahlılar və otelin mühafizəçiləri arasında şiddətli atışma davam edir.

Ölənlər və yaralananlar barədə hələlik məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti