...

Prezident Administrasiyası: Türkiyə vurulmuş Su-24 ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib (Özəl)

Dünya xəbərləri Materials 27 İyun 2016 19:51 (UTC +04:00)
Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulması ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib
Prezident Administrasiyası: Türkiyə vurulmuş Su-24 ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib (Özəl)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulması ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib.

Bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Administrasiyadan deyiblər ki, bununla əlaqədar RF Prezidenti Vladimir Putinə ünvanlanan məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 təyyarəsinin həlak olmuş pilotunun ailəsinə başsağlığı verib və hadisədən təəssüfləndiyini bildirib.

Ərdoğandan Putinə məktub: "Bağışlayın"

Ərdoğandan Putinə məktub: "Bağışlayın"

Qeyd olunub ki, Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasının lehinədir: "Ankara Moskva ilə münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamayıb. Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşması regionda böhranın həllinə müsbət təsir göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti