Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib. Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış magistral yolların birində hərbi karvanın hərəkəti zamanı törədilib.
İlkin məlumata görə, 3 hərbçi yaralanıb.
Partlayışı PKK terror təşkilatının törətdiyi bildirilir.