...

Avropa Parlamenti Britaniyanı Aİ-dən tez çıxmağa çağırır

Dünya xəbərləri Materials 28 İyun 2016 13:51 (UTC +04:00)
Avropa Parlamenti Böyük Britaniyanı Aİ-dən tez çıxmağa çağırır.
Avropa Parlamenti Britaniyanı Aİ-dən tez çıxmağa çağırır

Bakı. Elçin Hüseynov - Trend:



Avropa Parlamenti (AP) Avropa İttifaqını (Aİ) Böyük Britaniyanı bu qurumdan çıxmağını rəsmiləşdirməsi üçün Lissabon müqaviləsinin 50-ci maddəsini təxirə salmadan reallaşdırmağa çağırıb. Trend RİA Novosti-yə istinadən bildirir ki, belə çağırış AP-nin qətnamə layihəsində yer alıb.



Bu sənəd AP-nin Brüsseldə keçiriləcək təcili sessiyasında qəbul olunacaq.



Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, Aİ-nin istənilən üzv ölkəsi qurumun sıralarını tərk etmək hüququna malikdir. Bu prosedurun başlanması üçün həmin ölkə Brüsseli rəsmi olaraq xəbərdar etməlidir ki, danışıqlar prosesi başlasın.



Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 51,9 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti