...

Avropa İttifaqı terrorçuların siyahısını yenilədi

Dünya xəbərləri Materials 1 İyul 2016 12:57 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) "İslam dövləti" və "Əl-Qaidə" terror qruplaşmaları ilə əlaqəli olan fiziki şəxs və təşkilatlara qarşı məhdudiyyətlərə əlavələr edib.
Avropa İttifaqı terrorçuların siyahısını yenilədi

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqı (Aİ) "İslam dövləti" və "Əl-Qaidə" terror qruplaşmaları ilə əlaqəli olan fiziki şəxs və təşkilatlara qarşı məhdudiyyətlərə əlavələr edib. Bu barədə Trend Aİ-ın rəsmi məlumatına istinadən xəbər verir.

İyunun 24-də BMT-nin sanksiyalar üzrə Komitəsi aktivlərin və istisadi mənbələrin dondurulmasına ehtiyac bilinən fiziki şəxslərin, qrupların və qurumların siyahısına 9 bənd əlavə edib. Eyni əlavələr Aİ-nin qanunverici aktlarına da əlavə edilib.

Siyahıda 8 nəfər Fransa, Tunis, Yəmən və digər ölkələrin vətəndaşları var. Həmçinin sənəddə "Ərəbistan yarımadasında Əl-Qaidə" qruplaşmasının adı da yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti