...

Rusiyadan Türkiyəyə turların satışına start verildi

Dünya xəbərləri Materials 1 İyul 2016 13:12 (UTC +04:00)
Rusiyanın "TEZ Tour" şirkəti Türkiyəyə turların satışına başlayıb.
Rusiyadan Türkiyəyə turların satışına start verildi

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyanın "TEZ Tour" şirkəti Türkiyəyə turların satışına başlayıb. Bu barədə Trend "Lenta.ru"ya istinadən xəbər verir.

"Aeroflot" aviaşirkəti tərəfindən həyata keçiriləcək uçuşlar artıq iyulun 2-dən başlayacaq. İki nəfər üçün bir həftəlik "hər şey daxil" sistemi ilə 3 ulduzlu otelə hesablanmış tur 90 min rubla (1400 dollar) başa gələcək. Bu ilk reyslərə tərtib edilmiş qiymətdir.

Qeyd edilir ki, iyulun 27-dən sonra iki nəfər üçün belə turların qiyməti 58 min rubla (900 dollar) enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti