...

Macarıstan sərhədlərdə miqrant axını ilə mübarizə aparacaq

Dünya xəbərləri Materials 5 İyul 2016 14:39 (UTC +04:00)
Macarıstan höküməti Serbiya və Xorvatiya ilə sərhədlərdə nəzarəti sərtləşdirir.
Macarıstan sərhədlərdə miqrant axını ilə mübarizə aparacaq

Bakı. Elçin Hüseynov - Trend:

Macarıstan höküməti Serbiya və Xorvatiya ilə sərhədlərdə nəzarəti sərtləşdirir. Trend "Hungary Matters" nəşrinə istinadən xəbər verir ki, bu barədə Macarıstan daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri Dyerd Bakondi bildirib.

Bu ölkələrlə sərhədlərdə miqrantları diqqətlə yoxlamaq üçün 8 kilometrlik xüsusi zona yaradılacaq. Belə addım qaçqınların hərəkətinin qarşısını almaq və yaxınlıqdakı tranzit zonaya yola salmağa imkan yaradacaq.

D.Bakondi qeyd edib ki, bu, ölkə parlamenti tərəfindən bəyənilib və iyulun 5-dən qüvvəyə minib.

2016-ci il ərzində Macarıstan polisi ölkə sərhədlərini qeyri-qanuni yolla keçən 17 min miqrant saxlayıb.

Oktyabrın 2-də Macarıstanda Avropa İttifaqının miqrantların yerləşdirilməsi ilə bağlı kvotaların tətbiqinə dair referendum keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti