...

Britaniyanın baş naziri qadın olacaq

Dünya xəbərləri Materials 8 İyul 2016 03:00 (UTC +04:00)
Böyük Britaniyanın Mühafizəkarlar partiyasının rəhbəri və ölkənin baş naziri 26 il sonra yenidən qadın olacaq
Britaniyanın baş naziri qadın olacaq

Bakı. Trend:

Böyük Britaniyanın Mühafizəkarlar partiyasının rəhbəri və ölkənin baş naziri 26 il sonra yenidən qadın olacaq.

Trend TASS-a istinadən xəbər verir ki, bunu mühafizəkar deputatların keçirdiyi səsvermənin ikinci raundunu nəticələri göstərir.

Partiya liderinin müəyyənləşdirilməsi üzrə keçirilən kampaniyanın finalına iki qadın lider yüksəlib – 199 səs toplamış DİN rəhbəri Tereza Mey və 84 - energetika nazirinin müavini Andrea Lidsom.

Qeyd edək ki, Böyük Britaniyanın tarixində bundan öncə ilk qadın baş nazir Marqaret Tetçer olub (1979-1990).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti