...

Avropa İttifaqı və NATO daha sıx əməkdaşlıq edəcək

Dünya xəbərləri Materials 8 İyul 2016 16:16 (UTC +04:00)
Varşavada Avropa İttifaqı (Aİ) və NATO rəhbərlərinin Birgə Deklarasiyası imzalanıb.
Avropa İttifaqı və NATO daha sıx əməkdaşlıq edəcək

Bakı. Elçin Hüseynov - Trend:

Varşavada Avropa İttifaqı (Aİ) və NATO rəhbərlərinin Birgə Deklarasiyası imzalanıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, sənədi NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Aİ-nin başçısı Donald Tusk imzalayıblar.

Y.Stoltenberq bəyan edib ki, Aİ və NATO təhlükəsizlik ilə bağlı yeni çağırışlarla, o cümlədən hibrid təhdidlərlə qarşılaşır və ayrı-ayrılıqda bunlarla mübarizə üçün lazımi vasitələrə sahib deyillər: "Biz birlikdə işləməliyik".

Y.Stoltenberq həmçinin bildirib ki, Böyük Britaniyanın Aİ-ni tərk etməsi Avropa İttifaqi ilə NATO-nun əməkdaşlığını yalnız gücləndirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti