...

Yeni Suriya hökuməti and içib

Dünya xəbərləri Materials 11 İyul 2016 15:59 (UTC +04:00)
İyulun əvvəllərində formalaşmış yeni Suriya hökuməti ölkə Prezidenti Bəşər Əsəd qarşısında and içib.
Yeni Suriya hökuməti and içib

Bakı. Elçin Hüseynov - Trend:

İyulun əvvəllərində formalaşmış yeni Suriya hökuməti ölkə Prezidenti Bəşər Əsəd qarşısında and içib.

Bu barədə Trend Suriyanın "SANA" agentliyinə istinadən xəbər verir.

İmad Həmis tərəfindən başçılıq edilən hökumət iyulun 3-ü formalaşdırılıb. Yeni hökumətdə əsas nazirlər öz yerlərində dəyişməz olaraq qalıblar. 26 nazir vəzifəsindən ancaq 14-ü yenilənib.

Müxalifət blokunu hökümətdə xalq barışdırma naziri vəzifəsində yenə Əli Haydar təmsil edir. Ondan başqa hökümətdə müxalif siyasətçi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti