...

Terrordan ziyan çəkənlərə medal veriləcək

Dünya xəbərləri Materials 13 İyul 2016 20:29 (UTC +04:00)
Fransa Prezidenti Fransua Olland terror hadisələrindən ziyan çəkmiş fransızlar və əcnəbi vətəndaşlar üçün medal təsis etmək qərarına gəlib.
Terrordan ziyan çəkənlərə medal veriləcək

Bakı. Trend:

Fransa Prezidenti Fransua Olland terror hadisələrindən ziyan çəkmiş fransızlar və əcnəbi vətəndaşlar üçün medal təsis etmək qərarına gəlib.

Trend RİA Novosti-nin Yelisey sarayından əldə etdiyi məlumata istinadən bildirir ki, medal 2006-cı ilin yanvarın 1-dən terror hücumlarından zərər görənlərə təqdim ediləcək.

Xatırladaq ki, Fransada sonuncu böyük terrorlar silsiləsi ötən ilin noyabrın 13-də Parisdə və ona yaxın Sen-Denidə üç terror qruplaşması tərəfindən törədilmişdi. Nəticədə 130 nəfər həlak olmuş, 350-dən artıq şəxs yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti