...

Gürcüstanlılar oktyabrdan Avropaya vizasız gedəcəklər

Dünya xəbərləri Materials 14 İyul 2016 13:16 (UTC +04:00)
Gürcüstan Avropa İttifaqı (Aİ) ölkələri ilə vizasız rejimə bu ilin oktyabr ayında müvəffəq olacaq.
Gürcüstanlılar oktyabrdan Avropaya vizasız gedəcəklər

Bakı. Elçin Hüseynov - Trend:

Gürcüstan Avropa İttifaqı (Aİ) ölkələri ilə vizasız rejimə bu ilin oktyabr ayında müvəffəq olacaq.

Trend RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Batumidə bildirib.

O deyib ki, Gürcüstan viza rejiminin liberallaşdırılmasına dair bütün şərtləri həyata keçirib: "Bu, Gürcüstan höküməti tərəfindən müvəffəqiyyətli reformaların həyata keçirilməsi nəticəsində baş tutub".

Qeyd edək ki, Y.Han Gürcüstanda iki günlük səfərdədir. Hazırda o Batumidə keçirilən "Gürcüstanın Avropa yolu" beynəlxalq konfransda iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti