...

NATO: Terror demokratiyaya qalib gələ bilməyəcək

Dünya xəbərləri Materials 15 İyul 2016 11:51 (UTC +04:00)
NATO alyansın müdafiə etdiyi dəyərlərə zərbə vuran Nitsadakı terror aktı qarşısında Fransa ilə həmrəydir.
NATO: Terror demokratiyaya qalib gələ bilməyəcək

Bakı. Trend:

NATO alyansın müdafiə etdiyi dəyərlərə zərbə vuran Nitsadakı terror aktı qarşısında Fransa ilə həmrəydir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, bu hücüm günahsız insanlara və əsas dəyərlərə qarşı törədilib.

Y. Stoltenberq qeyd edib ki, terror demokratiyaya, azadlığa heç vaxt qalib gəlməyəcək.

Fransada terror aktı: ölənlərin sayı 84-ə çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Fransada terror aktı: ölənlərin sayı 84-ə çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Qeyd edək ki, bu gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti