...

Prezident: Qazaxıstanda terror aktı törədilib

Dünya xəbərləri Materials 18 İyul 2016 17:33 (UTC +04:00)
Nursultan Nazarbayev bazar ertəsi Almatıda dörd nəfərin ölümü ilə nəticələnin silahı hücumu terror aktı adlandırıb.
Prezident: Qazaxıstanda terror aktı törədilib

Bakı. Yelena Kosolapova - Trend:

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bazar ertəsi Almatıda dörd nəfərin ölümü ilə nəticələnin silahı hücumu terror aktı adlandırıb. Bu barədə Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir.

Dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında bildirib ki, bu gün Almatıda terror aktı törədilib və təəssüflər olsun ki, insan itkisinə səbəb olub: “Həlak olanların və yaralananların yaxınlarına başsağlığı verirəm. Onlara müvafiq psixoloji və maddi dəstək göstərmək lazımdır”.

Prezident, həmçinin Almatıda qayda-qanunu təmin etmək üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına tapşırıq verib.

Bundan əlavə N.Nazarbayev İnformasiya və Kommunikasiya Nazirliyinə əhalini vaxtında və tam informasiya ilə təmin etməyi, vətəndaşların bütün sorğulatına operativ reaksiya verməyi tapşırıb.

Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyinin Almalı rayon idarəsinin binasına və MTK-nın departamentinə silahlı hücum edilib. Hücum nəticəsində üç polis əməkdaşı və bir mülki vətəndaş olmaqla dörd nəfər həlak olub və 8 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hücumda şübhəli bilinən şəxs yaralanaraq polis tərəfindən saxlanılıb və şəxsiyyəti müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti