...

Ermənistanda qarşıdurma nəticəsində yaralananların sayı 50-ni ötüb

Dünya xəbərləri Materials 21 İyul 2016 10:22 (UTC +04:00)
Yerevanda silahlıların ələ keçirdiyi polis binası yaxınlığında etiraz aksiyasının iştirakçıları ilə polis arasında qarşıdumadan sonra 50-dən çox insan xəstəxanalara müraciət edib.
Ermənistanda qarşıdurma nəticəsində yaralananların sayı 50-ni ötüb

Bakı. Trend:

Yerevanda silahlıların ələ keçirdiyi polis binası yaxınlığında etiraz aksiyasının iştirakçıları ilə polis arasında qarşıdumadan sonra 50-dən çox insan xəstəxanalara müraciət edib.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, xəstəxanalara müraciət edən 51 nəfərdən 28-i polis əməkdaşıdır.

Qeyd edək ki, Yerevanda silahlıların ələ keçirdiyi polis binası yaxınlığında etiraz aksiyasının iştirakçıları ilə polis arasında qarşıduma baş verib. Etirazçılar polisə daş və digər bərk əşyalar atıblar. Polis isə havaya atəş açıb və daha sonra etirazçılara qarşı işıq və səs qumbaralarından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti