Bakı. Orxan Quluzadə - Trend:
Türkiyədə daha əvvəl hərbi çevrilişə cəhdlə bağlı həbs edilmiş 1200 əsgər azadlığa buraxılıb.
Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, Ankara dövlət prokuroru Harun Kodalak qeyd edib ki, əsgərlər atılan addımların məqsədlərini bilməyiblər.
Qeyd edək ki, iyulun 15-də Türkiyə rəhbərliyi ölkədə hərbi çevrilişə cəhd olunduğunu elan etmişdi.