...

Münhendəki atışmanın nəticəsi: 10 ölü, 27 yaralı

Dünya xəbərləri Materials 23 İyul 2016 14:14 (UTC +04:00)
Münhendə atışma nəticəsində 10 nəfər ölüb, 27 nəfər yaralanıb.
Münhendəki atışmanın nəticəsi: 10 ölü, 27 yaralı

Bakı. Trend:

Münhendə atışma nəticəsində 10 nəfər ölüb, 27 nəfər yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yaralılardan 10 nəfərin vəziyyəti ağırdır. Onların arasında 13 yaşlı yeniyetmə də var.

Münhen polisinin rəisi hadisə törədənin İŞİD ilə əlaqəsi fikrinin əsassız olduğunu bildirib.

Qeyd edək ki, Münhendə ticarət mərkəzində atəş açan şəxs 18 yaşlı İran əsilli Almaniya vətəndaşı olub. Atışma iyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti