...

Yerevandakı silahlı qrup son iki girovu azad edib

Dünya xəbərləri Materials 23 İyul 2016 14:50 (UTC +04:00)
Yerevanda post-patrul polkunun binasını ələ keçirmiş silahlı qrup son iki girovu da azad edib.
Yerevandakı silahlı qrup son iki girovu azad edib

Bakı. Trend:

Yerevanda post-patrul polkunun binasını ələ keçirmiş silahlı qrup son iki girovu da azad edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, silahlı qrup Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yeqiazaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyanı azad edib.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti