...

Münhendəki atışmada 3 türk də ölüb

Dünya xəbərləri Materials 23 İyul 2016 15:27 (UTC +04:00)
Münhendəki atışmada həlak olanlar arasında üç Türkiyə vətəndaşı da var.
Münhendəki atışmada 3 türk də ölüb

Bakı. Trend:

Münhendəki atışmada həlak olanlar arasında üç Türkiyə vətəndaşı da var. Trend-in “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, həlak olanlar hər birinin 15 yaşı olan Can Leyla, Səlcuq Kılıç və 1971-ci il təvəllüdlü Sevda Dağdır.

Qeyd edək ki, Münhendə atışma nəticəsində 10 nəfər ölüb, 27 nəfər yaralanıb.

İyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində atəş açan şəxs 18 yaşlı İran əsilli Almaniya vətəndaşı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti