...

Almaniyada hücum: ölən və yaralananlar var

Dünya xəbərləri Materials 24 İyul 2016 21:48 (UTC +04:00)
Almaniyada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən hücum baş verib
Almaniyada hücum: ölən və yaralananlar var

Bakı. Trend:

Almaniyada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən hücum baş verib.

Trend-in “Bild” qəzetinə istinadən verdiyi xəbərə görə, 21 yaşlı suriyalı qaçqın aralarında yaranmış mübahisədən sonra bir qadına və iki kişiyə bıçaqla xəsarət yetirib. Hadisə nəticəsində qadın dünyasını dəyişib.

Hücum edən şəxs polis tərəfindən yaxalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti