...

Almaniyada partlayış: 14 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 25 İyul 2016 05:57 (UTC +04:00)
Almaniyada törədilən partlayış nəticəsində yaralıların sayı 14 nəfərə çatıb
Almaniyada partlayış: 14 yaralı (YENİLƏNİB)

Bakı. Trend:

Almaniyada törədilən partlayış nəticəsində yaralıların sayı 14 nəfərə çatıb.

Bu barədə Trend TASS-a istinadən xəbər verir.

X X X

03:44

Almaniyanın Ansbax şəhərində baş verən partlayışa səbəb partlayıcı qurğu olub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Partlayış nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Bildirilir ki, partlayış törətməkdə şübhəli bilinən şəxs hadisə baş verən zaman ölüb. Lakin hələlik bunu sübut edən əsas yoxdur.

X X X

Almaniyanın Ansbax şəhərində baş verən partlayış nəticəsində bir nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış şəhərin mərkəzində yerləşən restoranların birində baş verib.

Partlayışın səbəbləri hələlik açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti