...

Ərdoğanın olduğu mehmanxanaya hücum edənlərin daha 4-ü tutulub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 25 İyul 2016 20:23 (UTC +04:00)
Türkiyə polisi hərbi çevrilişə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin saxlanılması üçün əməliyyat aparır.
Ərdoğanın olduğu mehmanxanaya hücum edənlərin daha 4-ü tutulub (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:17-də yayılıb)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştirak etməkdə günahlandırılaraq tutulan hərbçilərin sayı 7-yə çatıb.

Marmaris yolunda aparılan axtarış nəticəsində daha 4 hərbçi tutulub. Daha əvvəl isə hüquq-mühafizə orqanlarına Marmaris-Muğla yolunun yaxınlığındakı meşədə 3 hərbçini aşkarlayıb tutmaq müvəffəq olmuşdu.

Qeyd edək ki, Prezidentin olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin sayının 17 olduğu söylənilir.

XXX

17:17

Türkiyə polisi hərbi çevrilişə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin saxlanılması üçün əməliyyat aparır.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, üç xüsusi təyinatlı saxlanılıb.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti