...

Yerevanda müxalifətin mitinqi başlayıb

Dünya xəbərləri Materials 25 İyul 2016 22:02 (UTC +04:00)
Yerevanda silahlıların ələ keçirdiyi polis hissəsinin yaxınlığında müxalifətin mitinqi başlayıb.
Yerevanda müxalifətin mitinqi başlayıb

Bakı. Trend:

Yerevanda silahlı qrupun ələ keçirdiyi polis hissəsinin yaxınlığında müxalifətin mitinqi başlayıb.

Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Ələ keçirilən polis hissəsinin ətrafında bir neçə yüz adam yığılıb.

Müxalifət gələcək fəaliyyəti barədə elan edib.

Nümayişçilər silahlı qrupun qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də polis hissəsinin enerji təchizatının bərpasını tələb edirlər.

Bildirilib ki, əks halda müxalifət aksiyaları tək Yerevanda deyil, Ermənistanın digər rayonlarında da keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti