...

Yerevanda girov götürülmüş bir həkim azad edilib

Dünya xəbərləri Materials 27 İyul 2016 22:11 (UTC +04:00)
Yerevanda girova götürülmüş "Təcili tibbi yardım"-ın əməkdaşlarının biri silahlı qrup tərəfindən ələ keçirilmış polis binasından azadlığa buraxılıb
Yerevanda girov götürülmüş bir həkim azad edilib

Bakı. Trend:

Yerevanda girova götürülmüş "Təcili tibbi yardım"-ın əməkdaşlarının biri silahlı qrup tərəfindən ələ keçirilmış polis binasından azadlığa buraxılıb.

Bu barədə Trend İnterfax-a istinadən xəbər verir.

Hazırda silahlı qrup tərəfindən polis hissəsinin binasında girov kimi "Təcili tibbi yardım"-ın iki həkim və bir tibb bacısı qalır.

Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti