...

Çevriliş cəhdindən sonra Türkiyə SQ-dən azad edilmiş generalların sayı

Dünya xəbərləri Materials 28 İyul 2016 14:49 (UTC +04:00)
Hərbi çevrilişə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrinin ümumilikdə 110 generalı vəzifəsindən azad edilib.
Çevriliş cəhdindən sonra Türkiyə SQ-dən azad edilmiş generalların sayı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Hərbi çevrilişə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrinin ümumilikdə 110 generalı vəzifəsindən azad edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Bildirilir ki, Türkiyənin Quru Qoşunlarında 2002 generaldan 87-i, Hərbi Dəniz Qüvvələrində 56 admiraldan 32-i, Hərbi Hava Qüvvələrində isə 67 generaldan 30-u tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti