...

Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədədir

Dünya xəbərləri Materials 29 İyul 2016 01:00 (UTC +04:00)
Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyev İstanbulun Sarıyer rayon bələdiyyəsinin sədri Şükrü Gənç ilə görüşüb
Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədədir

Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyev İstanbulun Sarıyer rayon bələdiyyəsinin sədri Şükrü Gənç ilə görüşüb.

AZƏRTAC-dan Trend-ə verilən məlumata görə,Sarıyer bələdiyyəsində keçirilən tanışlıq xarakterli görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti yüksək dəyərləndirilib.

M.Hacıyev diqqətə çatdırıb ki, Sarıyerdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Parkının olması və burada Ulu Öndərimizin heykəlinin ucaldılması Türkiyənin Azərbaycan xalqına olan tükənməz ehtiramının nümunəsidir.

Azərbaycanın baş konsuluna Türkiyədəki fəaliyyətində uğurlar arzu edən bələdiyyə sədri diqqətə çatdırıb ki, Heydər Əliyev Parkı Sarıyerin ən səfalı yerlərindən birində, İstanbul boğazı sahilində yerləşir. İnsanlar bu gözəl parkda asudə vaxtlarını keçirməkdən məmnunluq duyurlar.

Xəbər lenti

Xəbər lenti