...

Türkiyə Azərbaycandan xeyli sayda turist gözləyir

Dünya xəbərləri Materials 29 İyul 2016 18:34 (UTC +04:00)
Türkiyə Azərbaycandan xeyli sayda turist gözləyir.
Türkiyə Azərbaycandan xeyli sayda turist gözləyir

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Azərbaycandan xeyli sayda turist gözləyir.

Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan KİV nümayəndələri ilə görüşdə Antalya vilayətinin valisi Munir Karaloğlu deyib.

Onun sözlərinə görə, Türkiyəyə kifayət qədər azərbaycanlı turist gəlmir: "2015-ci ildə Antalyaya 35 min azərbaycanlı turist gəlib. Biz Azərbaycanda Antalyadakı istirahəti reklam etməliyik".

Vali qeyd edib ki, Antalyadakı mehmanxanaların sayı İspaniyadakı mehmanxanaların ümumi sayından daha çoxdur: "Antalya turistlər üçün təhlükəsiz yerdir. Ölkədə hərbi çevrilişə cəhd zamanı Antalyada hərbi qiyam olmayıb. Həmin hadisələr zamanı Antalyadakı vətəndaşlar və turistlər xəsarət almayıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti