...

Ərdoğan rəsmi rəqəmlər səsləndirdi - 237 şəhid

Dünya xəbərləri Materials 30 İyul 2016 11:22 (UTC +04:00)
İyulun 15-dən 16-na keçən gecə Türkiyədə 170 dinc sakin, 62 polis əməkdaşı və 5 hərbi qulluqçu həlak olub.
Ərdoğan rəsmi rəqəmlər səsləndirdi - 237 şəhid

Bakı. Trend:

"İyulun 15-dən 16-na keçən gecə Türkiyədə 170 dinc sakin, 62 polis əməkdaşı və 5 hərbi qulluqçu həlak olub. Ümumilikdə ölkədə hərbi çevrilişə cəhd nəticəsində ölənlərin sayı 237 nəfərdir. İyulun 29-na olan məlumata görə, yaralıların rəsmi sayı isə 2 191 nəfər təşkil edir".

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu statistik rəqəmi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədə konqres-mərkəzində çıxış edərkən səsləndirib.

Türkiyə prezidenti şəhid ailələrinə baş sağlığını bildirib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti