...

İzmirdə əmliyyat - yüksək hərbi vəzifəlilər həbs edildi

Dünya xəbərləri Materials 30 İyul 2016 11:38 (UTC +04:00)
Türkiyə polisi İzmirdə Fətullah Gülən tərəfdarlarının aşkar edilməsi məqsədilə xüsusi əmliyyat keçirir.
İzmirdə əmliyyat - yüksək hərbi vəzifəlilər həbs edildi

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə polisi İzmirdə Fətullah Gülən tərəfdarlarının aşkar edilməsi məqsədilə xüsusi əmliyyat keçirir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Haberturk" qzəeti xəbər verir.

Məlumata görə, əməliyyat nəticəsində artıq general-leytnant Həmzə Koçyigit, Baş Qərargahın sabiq başçısının köməkçisi general Yaşar Böyükanıt, polkovnik Gürsel Yüca və digər 20 nəfər şəxs həbs edilib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisə nəticəsində 237 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti