...

Obamanın qızı ofisiant işləyir (FOTO)

Dünya xəbərləri Materials 5 Avqust 2016 17:06 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obamanın qızı Saşa ilk iş yerinə qəbul edilib.
Obamanın qızı ofisiant işləyir (FOTO)

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ Prezidenti Barak Obamanın qızı Saşa ilk iş yerinə qəbul edilib. Bu barədə Trend "Hello" jurnalına istinadən xəbər verir.

S.Obama yay aylarında Massaçusets ştatının Martas-Vinyard adasında yerləşən "Nancy`s" restoranında ofisiant işləyəcək. Saşa stollardan qab-qacaqları yığışdırır və kassada sifarışləri qəbul edir.

Prezident qızının təhlükəsizliyini Xüsusi xidmət orqanlarının əməkdaşları qoruyur. Qeyd edilir ki, onlar Saşaya iş zamanı "sərbəstliyini saxlamağa" şəraət yaradırlar.

"Nancy`s" restoranı balıq yeməkləri ilə məşhurdur. Bu restorana Obama ailəsi Martas-Vinyard adasında yay tətilləri zamanı tez-tez baş çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti